Beşinci Buktreyler Festivalına start verildi

Beşinci Buktreyler Festivalına start verildi
695 dəfə oxunub
  • A-
  • A
  • A+

Beşinci Buktreyler Festivalına start verilib.

Axşam.az xəbər verir ki, bu barədə kinoaktyor, prodüser, Buktreyler Festivalının təsisçisi Ruslan Sabirli məlumat verib:

“Bu il Buktreyler Festivalının 5 yaşı tamam olur. Bildiyiniz kimi, 2016-cı ildən Qafqazda ilk dəfə olaraq Azərbaycanda kitaba və mütaliəyə marağın oyadılması, həmçinin film sənayesində yeni istedadların müəyyən edilməsi məqsədilə Buktreyler Festivalı təsis edimiş və artıq beşinci ildir ki, uğurla həyata keçirilir. Festival Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin informasiya dəstəyi ilə hər il Beynəlxalq Kitab Günü ərəfəsində keçirilir”.

2 Fevral Gənclər Günündən start götürən və 23 aprel Beynəlxalq Kitab Günündə başa çatan Buktreyler Festivalına müraciət edənlərin sayı ildən ilə artmaqdadır. Qaliblər hər il tərkibi dəyişilən və Əməkdar artisti və Xalq artistlərindən ibarət Münsiflər Heyəti tərəfindən dəyərləndirilir. Hər il olduğu kimi bu il də festival Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşır.

Qeyd edək ki, buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir.