Gənc Tamaşaçılar Teatrı azyaşlıları unutmur

Gənc Tamaşaçılar Teatrı azyaşlıları unutmur
500 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı azyaşlı tamaşaçıları üçün Pərvin Nurəliyevanın eyniadlı pyesi əsasında Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi “Qoğalın sərgüzəştləri” tamaşasını təqdim edəcək.

Axşam.az xəbər verir ki, səhnə əsərində əsas rolları Anar Seyfullayev, Ramil Məmmədov, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Tahir İsmayılov, Günel Məmmədova, Asya Atakişiyeva canlandıracaq.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğludur, musiqi tərtibatı İradə Muradovaya aiddir.