Xalq artisti Rusiyada səhnəyə çıxacaq

Xalq artisti Rusiyada səhnəyə çıxacaq
518 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 7-8-də Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin “Mazepa” operasının konsert ifası təqdim olunacaq.

Axşam.az xəbər verir ki, Mazepanın partiyasını martın 8-də Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) ifa edəcək.

Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, S.Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb.