Axşam.az xəbər verir ki, bu sözləri stilist Anar Ağayev "Show news" verilişinə açıqlamasında deyib. Anar stilistlər arasında heç kimi özünə rəqib görmədiyini söyləyib:
"Onlar mənə rəqib olmaq üçün 15 il yatmamlıdılar, gecə-gündüz çalışmalıdırlar. Bəlkə, onda bir az alınar. Göz önündədir hər şey, sizcə, rəqibim var?
Rəqibsiz olmaq üçün həyatımın 20 ilini işimə sərf etmişəm: təyyarələrdə yata-yata, yuxusuz qala-qala. Bu, mənim öz seçimimdir, istəmirəm rəqibim olsun. Camaat istəyir həm ailəsi olsun, həm dostları ilə əylənsin, həm kef etsin, həm də birinci olsun".