“Lotu Quli”nin harada dəfn ediləcəyi bilindi

“Lotu Quli”nin harada dəfn ediləcəyi bilindi
6327 dəfə oxunub
  • A-
  • A
  • A+

Kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifov Bakıda son mənzilə yola salınacaq.

Axşam.az Lent.az-a istinadən xəbər verir ki, N.Səlifov Bakıxanov qəbiristanlığında (Razin) atasının məzarının yanında dəfn ediləcək.

Qeyd edək ki, N.Səlifov bu axşam Türkiyədə güllə ilə başından vurulub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxsin “Lotu Quli”nin yaxın çevrəsindən olan Xan Əhmədlinski olduğu bildirilir

Qeyd edək ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. O, 21 il həbs həyatı yatdıqdan sonra 2017-ci ilin oktyabrında azadlığa buraxılmışdı. "Lotu Quli" həbsdən çıxdıqdan sonra Türkiyənin İstanbul şəhərini özünə məskən seçmişdi.