Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
831 dəfə oxunub
  • A-
  • A
  • A+

21 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

Abşeron yarımadasında gecə 19-22, gündüz 32-35,  Bakıda  gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 751 mm  civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 18-23, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz  16-21 dərəcə  isti təşkil edəcək.