"Atamı sonuncu dəfə martda görmüşəm"

"Atamı sonuncu dəfə martda görmüşəm"
2197 dəfə oxunub
  • A-
  • A
  • A+

"Atamı axırıncı dəfə martın 13-də görmüşəm. O, Gəncədə yaşayır. Mən də çox istərdim ki, rayonlara gediş-gəliş olsun və valideynlərimizi görə bilək".

Axşam.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. O bildirib ki, rayonlara gediş-gəlişin açılması məsələsi hər kəsi narahat edir:

"Ümid edirəm ki, yaxın zamanlarda müsbət qərar verəcəyik".