Reanimasiyada olan xəstələrin sayı açıqlandı

Reanimasiyada olan xəstələrin sayı açıqlandı
466 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 2-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2 078 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 136 nəfər reanimasiyada, 14 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 36 732 nəfər virusa yoluxub, 34 116 nəfər sağalıb, 538 nəfər vəfat edib.

Bu gün 6 730 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 935 396 test aparılıb.

Qeyd edək ki, bu gün 154 koronavirusa yoluxma faktı qeydə alınıb, 139 nəfər sağalıb, 2 nəfər ölüb