"Mərdəkanda böyük bağı var" - Aparıcı Əməkdar artisti əsəbiləşdirdi

"Mərdəkanda böyük bağı var" -  Aparıcı Əməkdar artisti əsəbiləşdirdi
3333 dəfə oxunub
  • A-
  • A
  • A+
"Karantin ərəfəsində nəvələrimdən xəbərim olmadı. Bir-birimizi görməyə gedib-gəlmirik".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva "Hər səhər" verilişində deyib. Karantin günlərindən danışan müğənni günlərini evdə oturaraq keçirdiyini bildirib.

Hər zaman balaca evi olmasından şikayətlənən R.Allahverdiyeva aparıcının "Bir evi Xətai metrostansiyası tərəfdədir, biri də içəri küçədə. Düzdür evi balacadır, içəridə ancaq paltarlarıdır. Mərdəkana girəndə Ağadadaş Ağayevlə bir böyük həyətiniz var. O vaxt Ağadadaş Ağayev dedi ki, sat mənə satmadın" sözlərinə əsəbiləşib.

"Yaşıllıq hamımızın borcudur, amma mənim deyil. Allah hamını varlı etsin. Həqiqi, riyakar olmayan dostu olandır varlı" deyərək, cavab verib.