Ermənilərə qarşı 12 cinayət işi başlanıb

Ermənilərə qarşı 12 cinayət işi başlanıb
309 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənilərin sentyabrın 27-dən dinc əhaliyə qarşı törətdikləri faktlarla bağlı 12 cinayət işi başlanıb.

Axşam.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, bunlardan Tərtərdə 5, Ağdamda 3, Füzulidə 2, Cəbrayılda 1, Goranboyda 1 faktla bağlı cinayət işi başlanıb və prokurorluqda istintaqı aparılır.