"Ermənilərin təqdim etdiyi radiostansiya danışığı saxtadır"

"Ermənilərin təqdim etdiyi radiostansiya danışığı saxtadır"
945 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ermənilərin təqdim etdiyi radiostansiya danışıqları bu ölkənin xüsusi xidmət orqanlarının saxta məhsuludur".

Axşam.az xəbər verir ki, bunu Müdafiə Nazirinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

"Ermənistan mediasında yayılan və guya Azərbaycan ilə Türkiyə hərbçilərinin döyüş əməliyyatları zamanı radiostansiya vasitəsilə danışıqlarının səs yazısı bu ölkənin xüsusi xidmət orqanlarının saxta məhsuludur.
Səs yazısının döyüş əməliyyatlarına heç bir aidiyyəti yoxdur" deyə, o əlavə edib.