Rinqə qayıtmaq üçün 45 kq arıqladı

Rinqə qayıtmaq üçün 45 kq arıqladı
678 dəfə oxunub
  • A-
  • A
  • A+
Boksçu Mayk Tayson 45 kiloqram çəki atması ilə gündəmə gəlib. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb 15 ildən sonra idmançının yenidən rinqə qayıtmasıdır. 

Tayson arıqlamaq üçün çox yeməkdən imtina edib. Boksçu açıqlaması zamanı çətinliklər çəkdiyini də gizlətməyib:

“Çəki atmaq mənim üçün çox çətin oldu. Bunu etməyimin yalnız bir səbəbi var idi: yenidən rinqə qayıtmaq. Boksla məşqul olduğum illərdə belə hallar tez-tez baş verirdi. Xeyli müddət idman zalına getdim. Mütəmadi olaraq idmanla məşqul oldum. Daha sonra qida rasionuma dəyişiklik etdim. Budur, nəticə göz qabağındadır”