Beren Saata görə dörd yüz mindən imtina etdi

Beren Saata görə dörd yüz mindən imtina etdi
2472 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin məşhur pop müğənnisi Kenan Doğulu 31 dekabr gecəsində konsert verməyəcək.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənninin belə addım atmasına səbəb onun yeni ili sevgilisi, aktrisa Beren Saatla qarşılamaq istəyi olub.

20 il dalbadal yeni il gecəsi konsert verərək 350-400 min türk lirəsi qazanan müğənni bu il ənənəsinə sadiq qalmayacaq.

Ötən gün Türkiyənin məşhur məkanlarından birində sevgilisi ilə birgə görüntülənən Kenan “İlin tamamında səhnəyə çıxmayacağam. Həmin gün yalnız “Yalan dünya” serialında rol alacağam” deyərək açıqlama verib.