Bu əlamətlər panik atak xəstəliyindən xəbər verir

Bu əlamətlər panik atak xəstəliyindən xəbər verir
1507 dəfə oxunub
  • A-
  • A
  • A+
Panik atak insanların həyatına birbaşa təsir edən, bəzilərində isə həyatı yaşanmaz hala gətirən xəstəlikdir. Bu xəstəliyin simptomları çoxdur və hər bir insanda müxtəlif formada biruzə verir.

Axşam.az xarici KİV-nə istinadən bildirir ki, qızartı, üşümək, qorxu, başgicəllənmə, səbəbsiz yerə ürəyin sürətlə döyünməsi, tez-tez ayaqyoluna getmə, nəfəs almada yaranan çətinlik, əllərdə və ayaqlarda uyuşma, qarın ağrısı və ürək bulanma bunlar hamısı panik atak əlamətləridir.

Mütəxəssislərin fikrincə belə olan halda, xəstəlikdən müalicə olunmağın yolu bədəndə panik atakın mövcudluğunu qəbul etmək və psixoloqa müraciət etməkdir. Bu zaman psixoloq panik atakın hansı növü olduğunu müəyyən edir və ona uyğun müəyyən terapiyalar ilə müalicələr həyata keçirir.