Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
413 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 173 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9 554 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 9 463 nəfər sağalıb, ağır xəstə sayı isə 2 652 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 355 839 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 227 927 nəfər sağalıb, 23 325 nəfər isə ölüb.