Gecə tərləməsi bu xəstəliyin əlaməti ola bilər

Gecə tərləməsi bu xəstəliyin əlaməti ola bilər
2876 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniya Xərçəng Araşdırmaları xeyriyyə təşkilatı (Cancer Research UK) güclü gecə tərləməsinin xərçəng əlamətlərindən biri olduğunu açıqlayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, britaniyalı onkoloqlar bununla bağlı insanlara xəbərdarlıq ediblər.

Onlar bildiriblər ki, bu tip hallarda insan mütəmadi olaraq öz əhvalına fikir verməli, adi görünən simptomları görməzdən gəlməməlidirlər.

Mütəxəssislərin sözlərinə görə, isti mühit və ya fiziki tapşırıqlarla bağlı olmayan tərləmə, xüsusi ilə təkrarlanan güclü gecə tərləmələri həkim müayinəsindən keçmək üçün ciddi səbəb yaradır.