Niyə simptomlar var, amma xəstəlik yoxdur?

Niyə simptomlar var, amma xəstəlik yoxdur?
1157 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəzən insan başında və ya sinəsində ağrılar hiss etsə də, həkimlər onun sağlam olduğunu söyləyirlər. Bu cür hallarda elə görünür ki, ya ağrıyan şəxs yalan deyir, ya da həkim bunun səbəbini axtarmaq istəmir. Lakin həmin şəxs həqiqətən ağrı hiss edir və sağlamdır.

Axşam.az xəbər verir ki, Böyük Britaniya Milli Səhiyyə xidmətinin məlumatına görə, bu bəzən deyil, terapevtlərə müraciət edən insanların 45%-də baş verir.

Psixosomatika nədir?

Bu, tibbi baxımdan anlaşılmaz simptomlar adlanır. Ona görə anlaşılmaz adlanır ki, simptomlar var, amma xəstəlik yoxdur.

Beyin və bədən arasında əlaqə var. Məsələn, bəzi hormonlar beyin tərəfindən istehsal olunur və bədənə təsir edə bilir. Həm də əksinə, bədəndə istehsal olunur və beyinə təsir göstərir. Bədənimizdə baş verənlər isə düşüncələrimizə, emosiyalarımıza təsir edir, həm də stressə gətirib çıxarır.

Psixosomatik simptomlar

Tibbi baxımdan anlaşılmaz simptomlar fərqli olaraq ortaya çıxır və onlar aşağıdakılar ola bilər:

- Baş ağrıları;

- Bulanıq gözlər;

- Ayaq və əllərdə iynələnmə hissi;

- Əzələlərdə, oynaqlarda, bədəndə ağrı;

- Tez-tez ürək döyüntüsü;

- Güclü yorğunluq və zəiflik hissi;

- İshal və qəbizlik.

Psixosomatik müalicəsi

Psixosomatik müalicəyə bir neçə yanaşma var və onların əksəriyyəti psixoloqların köməyi ilə həyata keçirilir. Çünki fiziki ağrılar psixoloji problemlərə səbəb olur. Psixosomatik xəstəliklərin müalicəsinin aşağıdakı yolları var:

- Dərman terapiyası - sakitləşdirici və ya stimulant dərmanların təyin edilməsi;

- Psixoterapiya - autogenik təlim, hipnoz, psixoanaliz və psixoterapevtik söhbətlər;

- Fitoterapiya - müxtəlif dərman vasitələrinin təyin edilməsi.