Axşam.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yaydığı məlumata görə, hovuzda üzərkən koronavirusa və ya başqa respirator infeksiyaya yoluxmaq haqda heç bir sübut yoxdur. Əgər koronovirus xəstəsi hovuzda asqırarsa, başqalarının yoluxması mümkün deyil. Buna səbəb isə hovuzdakı suyun bir neçə təmizləmə mərhələsindən keçməsi və patogenlərin tez bir zamanda ölməsini təmin etmək üçün xlor və digər maddələrdən istifadə olunmasıdır.
Mütəxəssislərin sözlərinə görə, daim təmizlik prosesi gedən hovuzda cinsi yolla ötürülən infeksiyalara da yoluxmaq mümkün deyil.