Bunu isə kökəlmək istəyənlər oxusun

Bunu isə kökəlmək istəyənlər oxusun
1033 dəfə oxunub
  • A-
  • A
  • A+

Arıqlamaq, artıq çəkidən və piylənmədən xilas olmaq hal-hazırda dövrümüzün ən böyük sağlıq problemlərindəndir. Lakin arıqlamaq istəyənlərlə yanaşı, kökəlmək istəyən şəxslərə də rast gəlinməkdədir. Bəzi insanlar var ki, onlar ən azından normal çəkiyə və baxımlı bədən quruluşuna sahib olmaq istəyirlər.

Axşam.az xarici mediaya istinadən kökəlmək üçün lazım olan rejimi təqdim edir:

Səhər: 1 stəkan təzə meyvə şirəsi, manna sıyığı, 1 stəkan süddə həll olumuş bal, sürtgəcdən keçirilmiş alma ilə qozun qarışığı, üzərinə yağ çəkilmiş 1 dilim çörək və 2 stəkan kakao.

Günorta: 1 boşqab qatı bulyon, şorba (makaron, düyü və və ya kartof ilə ola bilər), tərəvəz salatı (yağlı və ya mayonezli), 250 qr. qızardılmış mal və ya toyuq əti, şəkərli kofe.

Axşam: süddə bişmiş düyü, 2 dilim çörək, təzə meyvələrdən salat.

Mütəmadi olaraq bu pəhrizi təkrarlayın.

Hər gün qida rejiminizdə bu ərzaqların olmasına çalışın:

Süd - 1 stəkan, kəsmik, pendir, qoz-fındıq.

Ət məhsulları - balıq, quş əti, yumurta.

Tərəvəz - salat və göyərti.

Meyvə şirəsi - ən az 2 stəkan, meyvə salatı.

Çörək - hər dəfə 2 dilim, qarabaşaq, düyü, makaron.