Faydalı bildiyimiz qidalar əslində...

Faydalı bildiyimiz qidalar əslində...
1148 dəfə oxunub
  • A-
  • A
  • A+

Sağlamlığımız üçün faydalı olduğunu düşündüyümüz bir çox qida əslində zərərli imiş.

Axşam.az xarici KİV-ə istinadən gündəlik tükətdiyimiz və sağlığa müsbət təsiri olduğunu düşündüyümüz qidaları təqdim edir...

1. Limon suyu
Limon tərkibindəki turş xüsusiyyətinə görə mədəyə və diş minasına zərər verir. Diş həkimləri limon suyu içdikdən sonra mütləq ağzınızı yaxalamağınızı tövsiyyə edirlər.

2. Çay
Çayın tərkibində qəhvədən daha artıq tanen adlı kimyəvi birləşmələr mövcuddur. Buna görə də tez-tez çay içmək dərinin rəngini saraldır. Bir fincan çaydan sonra bir stəkan su içmək saralmanın azalmasına kömək edə bilər.

3. Qurudulmuş meyvə
Bəzi istehsalçılar qurudulmuş meyvələri daha da cəlbedici etmək üçün tez-tez süni qida boyalarından istifadə edirlər və bunlar dişlərə mənfi təsir edir. Qurudulmuş meyvələr ağız boşluğundakı təbii tüpürcək ifrazını da azaldır. Tüpürcək bakteriyalarla mübarizədə köməkçi olduğu üçün daha çox ağız sağlamlığı probleminə səbəb ola bilər.

4. Az kalorili qidalar
İnsanların yüzdə 80%-i pəhriz yeməklərindən sonra öz çəkilərini bərpa edə bilir. Lakin alimlər az kalorili yeməklərin sağlamlığa mənfi təsir etdiyini deyirlər. Mütəmadi olaraq bədənin ehtiyacından daha az kalori istehlak edilməsi, maddələr mübadiləsinin yavaşlamasına və birdəfəlik pozulmasına səbəb olur. Pəhriz yeməklərində zülal az olduğundan onlar əzələ toxumalarına da zərər verir.

5. Yaşıl meyvə suyu
Bu meyvə suyunun sağlığa yaxşı təsirləri olduğu deyilsə də, meyvə və tərəvəz qədər sağlamlığa faydası yoxdur. Şirələrin tərkibində çox  az miqdarda lif var. Liflə zəngin qidalar əsasən, meyvə və tərəvəzlərdir. Düzgün çəki saxlamaq üçün lif çox vacibdir. Bunun üçün meyvə suyunu istehlak etmək əvəzinə meyvə yemək daha yaxşı olar.