Portağalın bilinməyən faydaları...

Portağalın bilinməyən faydaları...
1413 dəfə oxunub
  • A-
  • A
  • A+

Sitrus meyvələri soyuq qış fəslinin enerji mənbəyi hesab edilir. Bunlardan biri də portağaldır. Onun ləti, suyu, hətta qabığı belə çox faydalıdır. Bir çox insan daha çox portağalın meyvəsinə diqqət yetirir və soyduqdan sonra qabığını atır. Lakin onun qabığı da çox faydalıdır. Portağal qabığını soyarkən hiss etdiyimiz o ecazkar aroma ətiri dəri xərçənginin qarşısını alır.

Axşam.az xarici KİV-ə istinadən, portağalın bilinməyən faydalarını təqdim edir:
 
1.Portağallı su
İndiyə qədər bir çoxlarımız limonlu suyu hazırlayıb. Bəs portağallı su? Portağalı dilimlərə bölüb çayınıza və ya suyunuza əlavə edib içə bilərsiniz.

2. Portağal çayı
Bəzi meyvələrdə olduğu kimi, portağalın da çayını  hazırlamaq mümkündür. 4 dilim portağal, 3-4 ədəd mixək(qurudulmuş qərənfil ləçəyi), 1 çay qaşığı sarı kökü 2 stəkan suya qatın və qaynadın. Bundan sonra 1 çay qaşığı darçın əlavə edin və dəmləyin.

3. Portağal qabığı
Portağal qabığından bir çox yeməklərdə istifadə edə biləriniz. Daha çox dəniz məhsulları, toyuq, xüsusilə zeytun yağı ilə hazırlanan salatlarda istifadə edilir. Şirniyyatlarınızı bəzəmək üçün də portağal qabığını kiçik formada doğrayıb üzərinə əlavə edə bilərsiniz.

4. Portağal aroması
Portağal dilimlərini qurudub onlardan bəzək əşyaları düzəldə yaxud da otağınız üçün gözəl aroma ətiri yarada bilərsiniz. Bunun üçün mixək(qurudulmuş qərənfil ləçəyini) portağalın üzərinə sıra ilə düzün. Otaqda bir yerə qoyun. Bir müddət sonra evi xoşagələn aroma ətiri bürüyüəcək.

5.Portağaldan hazırlanan buz kubları
Yeni sıxılmış portağal suyu ilə buz kubları düzəldib çayınıza yaxud da suyunuza əlavə edə bilərsiniz. Bu içəcəyiniz mayenin ləzzətini artırımaqla yanaşı, onu C vitamini ilə də zənginləşdirəcək.