Hər gün bunları yeyin enerjiniz artsın

Hər gün bunları yeyin enerjiniz artsın
803 dəfə oxunub
  • A-
  • A
  • A+

Gün ərzində işləyərkən enerjimizin tükəndiyi və artıq yerimizdən tərpənə bilmədiyimizi hiss edirik. Əgər iş görərkən həddən artıq enerji sərf edirsinizsə, deməli yalnış qidalanmısınız. Dieotoloqlar gün ərzində bədəni enerjili saxlayan kalorili qidalara üstünlük verməyi tövsiyyə edirlər.

Axşam.az xarici KİV-ə istinadən həmin qidaları təqdim edir:

1.Banan
Banan enerji vermək üçün ən yaxşı meyvədir. Tərkibindəki kompleks karbohidratlar, kalium və B6 vitamini mənbəyidir və bunlar enerji səviyyənizi artırmağa kömək edir.

2.Kartof
Şirin kartof dadlı olmaqla yanaşı əlavə qidalandırıcı enerji mənbəyidir. Lif və kompleks karbohidrat tərkibi sayəsində bədəndə yavaş-yavaş həzmə kömək edir və davamlı enerji axını yaradır.

3.Qəhvə
Qəhvə bədəni və beyni stimullaşdıran epinefrin hormonunun istehsalını artırır. Qan dövranınızdan beyninizə sürətli bir şəkildə keçə bilən və mərkəzi sinir sistemini hərəkətə gətirən kofein sayəsində özünüzü daha yaxşı və enerjili hiss edə bilərsiniz.

4. Alma
Tərkibində şəkər və yüksək miqdarda lif olan alma, əsl enerji təminatçısıdır. Bundan əlavə, alma yüksək səviyyədə antioksidan verir. Tədqiqatlar göstərir ki, antioksidantlar karbohidratların həzmini yavaşladır, buna görə də bədəni uzun müddət enerjili saxlayır.

5. Avokado
Avokadonun tərkibindəki yağlar bədəndə saxlanılır və enerji mənbəyi kimi istifadə edilə bilər. "Super qida" sayılan avokado da yaxşı bir karbohidrat qaynağıdır.

6. Portağal
Portağalın tərkibində yüksək miqdarda C vitamini var. Antioksidləşdirici stresdə təsirli olan C vitamini də yorğunluğun aradan qaldırılmasına kömək edir.

7. Çiyələk
Tərkibində C vitamini olan giləmeyvə antioksidanlar sayəsində yorğunluqla yanaşı, iltihabla da mübarizə aparmağa yardımçıdır.

8. Mərci
Mərcinin tərkibindəki sink və dəmirlə enerji səviyyənizi artıra bilərsiniz. Mükəmməl və ucuz bir protein mənbəyi olan mərci bu minerallar sayəsində hüceyrə enerjisi istehsalı üçün qida maddələrinin parçalanmasına da kömək edir.

9. Qatıq
Qatıqdakı karbohidratlar əsasən sadə şəkərlərdən ibarətdir. Bu şəkər parçalandıqda istifadəyə hazır enerji yaranır

10. Su
Kifayət qədər su içməmək dehidrasiyaya səbəb olur ki, bu da bədənin funksiyalarını ləngidə bilər və zəif, yorğun hiss etdirir. Susuz olmasanız da, su içərək bunun qarşısını ala bilərsiniz.