Öskürəkdən xilas olun

Öskürəkdən xilas olun
1602 dəfə oxunub
  • A-
  • A
  • A+

Öskürək siqaret, bədəndə maye çatışmazlığı və mikrob kimi amillərdən meydana gəlir. İnsan öskürən zaman, nəfəs borusu və ağ ciyərlərindən lazımsız maddələri xaric edilir. İnsanlar arasında daha çox quru öskürək növü yayılıb. Bunun qarşısını almaq üçün maye qəbulu ilə yanaşı siqareti də tərgitmək vacibdir. Mütəxəssislər, öskürəyi dayandırmaq və qısa müddətdə bu xəstəlikdən qurtulmaq üçün bəzi bitki çayları tövsiyyə edirlər.

Axşam.az xarici KİV-ə istinadən, həmin bitki çaylarını təqdim edir:

1.Nanə çayı  
Soyuqdəymənin müalicəsində və öskürəyə qarşı ən təsirli bitki çaylarından biridir. Dadını sevməyənlər üzərinə 1 çay qaşığı bal əlavə edərək qəbul edə bilər.


2.Adaçayı 
Mükəmməl bir antioksidan olan bu çay, quru öskürəyin müalicəsində tez-tez istifadə olunur. Boğaz ağrısı üçün daha çox qarqara edilməsi tövsiyyə olunur.


3.Zəncəfil çayı
Qrip və soyuqdəymədən qaynaqlanan öskürək zamanı istifadə edilir. Bir stəkan qaynar suya suya 2-3 ədəd zəncəfil atılır və 10-15 dəqiqə dəmlənir. Gündə 3 stəkan olmaqla səhər, günorta və axşam yeməyindən sonra içilməsi məsləhət olunur.


4.Acı bibər və bal qarışığı
Ənənəvi Çin təbabətində də istifadə edilən acı bibər qan dövranını aktivləşdirir və bəlğəmin təmizlənməsinə kömək edir. Bal isə öskürəyə qarşı antibiotik kimi fəaliyyət göstərir. Acı bibər və bal qarışığı daha çox bəlğəmli öskürəkdə istifadə edilir.  1 çay qaşığı acı bibər və 2 xörək qaşığı bal bir stəkana qoyulur və üzərinə qaynar su əlavə edilərək ağzı bağlı vəziyyətdə 15 dəqiqə dəmlənir. Daha sonra isə qəbul edilir.