Yoluxucu xəstəliklərdən belə təhlükəlidir

Yoluxucu xəstəliklərdən belə təhlükəlidir
701 dəfə oxunub
  • A-
  • A
  • A+
Dövrümüzün ən böyük problemlərindən biri olan "Qeyri-aktiv həyat tərzi" bir çox fiziki və psixoloji problemin, xüsusilə də yüksək qan təzyiqinin yaranmasına səbəb olur. Pandemiya zamanı isə bu həyat tərzi daha da təhlükəli hal almağa başlayıb. Virusa görə tətbiq edilən karantin rejimi bizim evdə daha çox vaxt keçiməyimizə, o cümlədən, oturma probleminin daha çox yayılmasına gətirib çıxarıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, gün ərzində həddən artıq oturaq həyat bir sıra xəstəliklərə səbəb olur. 7-dən 70-yə hər kəsə pis təsir edən belə həyat tərzi pandemiyadan ərəfəsində lap çox artıb.

Uzun müddət hərəkətsiz olduqda immunitet zəifləyir. Belə həyat tərzi keçirənlər xüsusilə qablaşdırılmış qidalardan uzaq durmalı, tərəvəz və meyvə istehlakını artırmalı, həftədə bir-iki dəfə balıq yeməli, gündə ən azı 2 litr su içməli, şəkər və duz qəbulunu isə minimuma endirməlidir.

Sağlam qidalanma artıq çəki və piylənmə ilə inkişaf edən xroniki xəstəliklərin qarşısını alır. Yoluxucu xəstəliklərdən daha təhlükəli olan bu həyat tərzi, ölümə bərabərdir və insanın həyatına əhəmiyyətli dərəcədə mənfi təsir edir. Çünki ürək, xərçəng və diabet kimi bir çox problem, xüsusən də yüksək qan təzyiqi ilə birlikdə gəlir. Yəni mümkün qədər evdə olsaq da, hərəkət mütləqdir.

Hərəkətsiz qalmaq depressiyaya, stress və yuxusuzluğa da səbəb olur. Depressiyanın inkişafının qarşısını almaq və bu kimi simptomları azaltmaq üçün fiziki fəaliyyətə üstünlük verilməlidir. Unutmayın ki, bədən hərəkət etdikcə beyin çalışır.