Narın bilmədiyiniz faydaları

Narın bilmədiyiniz faydaları
2707 dəfə oxunub
  • A-
  • A
  • A+

Nar insan üçün ən xeyirli meyvələrdən biridir və vitamin (A, C, B, P, E), mikroelementlərlə (kalium, kalsium, yod, mis, dəmir və s.) olduqca zəngindir.

Axşam.az xəbər verir ki, nar insanın ürək-damar, mədə-bağırsaq, immun və s. sistemlərinə çox müsbət təsir edir, qanda hemoqlobinin səviyyəsini artırır, qızdırmanı, yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir. Mədə iltihabı və ağız yarası üçün faydalıdır, orqanizmi xərçəng xəstəliyindən qoruyur. Nar təzyiqi aşağı salır, damar sərtliyinin qarşısını alır. Bu xüsusiyyətlərinə görə nar ürək-damar xəstəliklərinə qarşı ən yaxşı qoruyucu vasitə hesab olunur.

Narın qabığından çay dəmləyib içilərsə, ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.

Hər gün nar suyu içmək insanın bel nahiyəsindəki yağların əriməsinə səbəb olur. Şirin nar mədənin fəaliyyətini gücləndirir, turş nar isə mədədə olan yanma hissini aradan qaldırır. Nar həm boğaza, həm də ağciyərə faydalıdır, öskürəyi kəsmək qabiliyyətinə malikdir.