Axşam.az xəbər verir ki, bu sözləri stilist Elnur Həsənov "MTV Azərbaycan"a açıqlamasında deyib. O, sosial şəbəkədə bloqqer kimi fəaliyyət göstərənləri tənqid edib. Elnur bildirib ki, çoxları zövqsüzlüyü yayır:
"İnstaqramda çoxlu izləyicisi olanları izləmək zövqlü olmaq deyil. Hər göz önündə olanı zövqlü adlandırmaq olmaz".
Stilist müğənnilər Nigar Camal və Şəbnəm Tovuzlunun geyim tərzi haqda suala "Nigar Camal və Şəbnəm Tovuzlunu tanıyıram, amma izləmirəm. Onlar mənim marağımda deyilər" cavabını verib.