"Xaricdə müalicə olunmalıyam, amma imkanım yoxdur"

"Xaricdə müalicə olunmalıyam, amma imkanım yoxdur"
1566 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Allahverdi Yolçuyev illərdir işsiz qaldığını deyib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Tünzalənin əli ilə" proqramında deyib. O bildirib ki, teatrdan çıxmasına peşman olub:

"Dörd nəvə, beş övlad saxlayırdım. Teatrdan çıxıb, el şənliklərinə getdim. Amma peşmanam, teatrda qalmalıydım. Yaradıcı insan işsiz qalmamalıdır".

Səhhətində problem olan aktyor müalicəyə gücü çatmadığını söyləyib:

"Müalicəm sənətimdir. İşim olsa, əl-ayağım əsməz. Bütün stressin səbəbi işsizlikdir. Hər həkim bir diaqnoz qoyub əllərimin əsməyinə. Əvvəl barmağım, sonra əlim, sonra isə qolum əsdi. Müalicəsi xaricdədir, maddi gücüm çatmır gedim".