Axşam.az xəbər verir ki, bu sözləri məşhur stilist Anar Ağakişiyev "Günün sədası" proqramında deyib. Uzun müddətdir Türkiyəyə köçən Anar Bakıya gəlməyinin səbəbini açıqlayıb. O bildirib ki, tamaşaçıların qarşısına televiziya layihəsi ilə çıxmağa hazırlaşır:
"Çəkilişlər edib, qayıdacam. Ayda bir dəfə Bakıya gələcəm. Türkiyədə işlərim yaxşıdır. Orada klip, fotosessiya edənlərlə işləyirəm. Daha çox Demet Akalın və Bülənt Ərsoyla yaxınam. Bizdə bu işə dəyər vermirlər, sıradan bir makiyaj kimi baxırlar. Orada isə dəyər verilir. İstanbulda teatrdan təklif aldım, amma vaxt azlığından qəbul edə bilmədim. Həm də teatr evimə uzaq idi".
A.Ağakişiyev tələbə götürməməsinin səbəbini açıqlayıb:
"Tələbə götürmürəm, böyük məsuliyyətdir. Bir də tələbəyə böyük həvəs və zaman lazımdır. Mənim nə zamanım, nə həvəsim var ki, kimisə sıfırdan öyrədim. Burada yığdığım komandam var".