"Türkiyəli məşhurlar bizimkilərdən əliaçıqdır"

"Türkiyəli məşhurlar bizimkilərdən əliaçıqdır"
4206 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur stilist Anar Ağakişiyev "Dəyişən cavab" adlı proqram hazırlayır.

Axşam.az xəbər verir ki, o, bu haqda "Səhər mərkəzi" verilişində danışıb. Anar bildirib ki, proqram "Xəzər TV"də yayımlanacaq. Verilişin formatından bəhs edən stilist proqramda məşhurların stilini dəyişəcəyini söyləyib:

"Çox məşhurun dəyişilməyə ehtiyacı var. İlk olaraq Flora Kərimovanı dəyişəcəm. İlk dəfə Flora xanımı mən dəyişmişdim. Bu dəfə tam fərqli olacaq. Sənətçilərə suallar verəcəm, cavab məni qane etməsə, proqramda yer almayacaq. Ancaq xanımlara yer verəcəyik, bəylər olmayacaq".

A.Ağakişiyev türkiyəli ifaçılarla yerli sənət adamlarını müqayisə edib:

"Bizim məşhurlar daha kaprizlidir. Bizdə məşhurlar gündəmdə olan, qalmaqal yaradan stilistin yanına gedirlər, əl işini bilmirlər. Həmin stilistin bir-iki ildən sonra səviyyəsi düşür. Türkiyəli müğənnilər güvənir. Onlar sənətə, keyfiyyətə üstünlük verirlər. Demet Akalınla işlədim, bir müddət ətrafdan izlədilər və Bülənt Ərsoydan zəng gəldi. Bizim sənətçiləri incitmək, qəlbinə dəymək istəmirəm. Amma türkiyəli məşhurlar bizimkilərdən əliaçıqdılar. Orada müğənni stilistin cibinə pul basmır. Menecer araşdırır, işini bitirəndən sonra kart hesabına ödəyir, ya da cibinə qoyurlar. Türkiyədə əməliyyat oldum, Bülənt Ərsoy 50 dəfə zəng etdi. Dedi ki, nə lazımdı de, qərib ölkədəsən".