Məşhur stilist Anar Ağakişiyev “Dəyişən cavab” adlı verilişlə tamaşaçıların qarşısına çıxacaq.
Axşam.az xəbər verir ki, “Xəzər TV”də yayımlanacaq proqramda şou-biznesin məşhur simaları qonaq olacaqlar. Onlar bu verilişdə yer almaq üçün stilistin suallarını cavablandıracaqlar.
Yeni layihəsindən danışan A.Ağakişiyev “Yeni və çox maraqlı verliş yayımlanacaq. Sənətçilərimizin heç vaxt, heç yerdə demədiyi sirlərini yalnız məndən eşidəcəksiniz. Həm də heç yerdə bölüşmədiyim makiyaj sirlərimi yalnız "Dəyişən cavab"da görə biləcəksiniz. Bu şəraiti yaratdığı üçün Xəzər TV-nin baş direktoru, Xalq artisti Murad Dadaşov, icraçi direktor Toğrula, bu işdə əməyi keçən hər kəsə xüsusi təşəkkürümü bildirirəm” sözlərini söyləyib.