Samirə bu gün "Eurovision" səhnəsinə çıxacaq

Samirə bu gün "Eurovision" səhnəsinə çıxacaq
1388 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Niderlandın Rotterdam şəhərində “Euorovision 2021” mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.

Axşam.az xəbər verir ki, Azərbaycanı müsabiqədə təmsil edən Samirə Əfəndi bu gün səhnəyə çıxacaq. O, 14-cü sırada "Mata Hari" mahnısını oxuyacaq.

İlk yarımfinalda səhnəyə çıxacaq ölkələr arasında Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta var.

Müsabiqə saat 23:00-da İctimai Televiziyada canlı yayımlanacaq. 

Qeyd edək ki, şüarı “Open up!” ("Açıl!") olan “Eurovision-2021” mahnı müsabiqəsinin ikinci yarımfinalı mayın 20-də "Ahoy Arena"da reallaşacaq. Final isə mayın 22-də gerçəkləşəcək.