İlhamə Quliyevaya bənzədilmək onu əsəbiləşdirdi

İlhamə Quliyevaya bənzədilmək onu əsəbiləşdirdi
1879 dəfə oxunub
  • A-
  • A
  • A+

"Biri sübut etsin ki, Roza Zərgərli deyib İlhamə Quliyevaya oxşayıram. Hər zaman demişəm ki, məni oxşadırlar".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Xəbər-ətər" proqramında deyib. Sənətçi mərhum Xalq artisti İlhamə Quliyevaya bənzədilməsinə cavab verib:

"Xasiyyətcə biz heç oxşamırıq. Vaxtında mənim yolumu kəsən İlhamə Quliyeva olub. Məni görəndə, "canım atəşim" deyirdi, kənarda yolumu kəsirdi. Bunun şahidləri də var. Onunla oxşamıram, çünki sənətə addım atandan hər kəsə əl tutmuşam. Bilirlər ki, sözümün kəsəri var. Danışanda haqqına danışıram. Bir şey məni narahat etmirsə, niyə onun haqqında danışıram? Ona görə də bu günə kimi bu haqda danışmırdım".