"Coachella" bu il də olmayacaq

"Coachella" bu il də olmayacaq
537 dəfə oxunub
  • A-
  • A
  • A+
Cənubi Kaliforniya səhrasında keçirilən dünyaca məşhur "Coachella" musiqi festivalı bu il də təxirə salınıb.

Axşam.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Təşkilatçılar festivalı bu ilin oktyabrında keçirməyi planlasalar da, koronovirus pandemiyasına görə bu fikirdən imtina ediblər.

Onlar bildiriblər ki, "Coachella" gələn il 15, 17, 22, 24 oktyabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, festival ötən il də koronavirusa görə təxirə salınmışdı.