Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulacağı vaxt açıqlandı

Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulacağı vaxt açıqlandı
660 dəfə oxunub
  • A-
  • A
  • A+

Hacı Zeynalabdin Tağıyevin heykəli hazırdır.

Axşam.az xəbər verir ki, bu barədə APA-ya heykəlin müəllifi Xanlar Əhmədov məlumat verib.

O bildirib ki, heykəl il yarımdır hazırdır, lakin pandemiya və digər səbəblərdən qoyulması yubanırdı.

X. Əhmədov heykəlin iki ay ərzində təyin olunmuş yerdə - İçərişəhər metrosunun yanında ucaldılacağının gözlənildiyini bildirib.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z. Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.