Şəkidə xan qəbri tapıldı - Video

Şəkidə xan qəbri tapıldı - Video
2408 dəfə oxunub
  • A-
  • A
  • A+

Şəkidə Xan məscidində yeni qəbir tapılıb.

Axşam.az "APA TV"-yə istinadə xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən əsalı təmir olunmasına başlanan Xan məscidinin daxilində aparılan qazıntı işləri zamanı məscidin mehrabının içində yeni qəbir aşkarlanıb.

Yeni tapılan qəbrin Məhəmmədhüseyn xana aid olduğu güman edilir. Qəbir tam açıldıqdan sonra kimə məxsus olduğu dəqiq bilinəcək. Əslən Şəkidən olan ədəbiyyatşünas alim Salman Mümtazın yazdığına görə, Məhəmmədhüseyn xan məscidin mehrabı içində dəfn edilib.

Qeyd edək ki, XIX əsrdə Birinci Cümə məscidi kimi tanınan və hazırda Şəki Xan məscidi adlandırılan məscid Şəki xanlarından olan Məhəmmədhüseyn xan tərəfindən 1768-1770-ci illərdə inşa edilib. 1850-ci illərdə Şəkidə baş verən güclü yanğınlar səbəbindən Şəki bazarı, Cümə məscidi və məscid ətrafındakı evlər yanğına məruz qalıb. Yanğından sonra Mustafa ağanın atası Kərim ağa Şəkixanov məscidi bərpa edib.