Üzeyir Hacıbəylinin Şuşadakı heykəli belə olacaq - Video

Üzeyir Hacıbəylinin Şuşadakı heykəli belə olacaq - Video
645 dəfə oxunub
  • A-
  • A
  • A+
Heydər Əliyev Fondu tərəfindən Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq.

Axşam.az xəbər verir ki, bu barədə Fondun Feysbuk hesabında məlumat verilib.

Hazırda Bakıda emalatxanada heykəlin hazırlanması prosesi gedir. Abidə Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən dağıdılan heykəlin yerində ucaldılacaq. Heykəl bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılan və müəllifi heykəltaraş Əhməd Salikov olan bürünc heykəlin surəti əsasında yaradılır.

Heykəlin üzərində işlər 18 Sentyabr- dahi bəstəkarın doğum günü və Musiqi Gününə qədər başa çatdırılacaq.