Stressi aradan qaldıran qidalar

Stressi aradan qaldıran qidalar
1489 dəfə oxunub
  • A-
  • A
  • A+

Stresli və narahat olduqda ya daha çox yemək yeyir, ya da tam əksinə iştahasızlıq müşayiət olunur. Lakin düzgün qida qəbulu bu prosesi asanlaşdıra və sizi xoşbəxt edə bilər.

Axşam.az stressi azaldan qidaları təqdim edir.

1. Qırmızı istiot

İmmuniteti artıran C vitamini ilə zəngin olan qırmızı bibər, stressi artıran, qan dövranını sürətləndirən kortizolun miqdarını azaldır. Bibəri yeyərkən yaranan yüksək xırıltılı səs isə çənə əzələlərindəki gərginliyi aradan qaldırır.

2. Bişmiş pomidor

Likopen mənbəyi olan bişmiş pomidor, qırmızı bibər kimi kortizol səviyyənizi azaltmağa kömək edir. Depresiyanın yaranmasına səbəb olan iltihabın və qan laxtalanmasının qarşısını alır. Bişmiş pomidorun tərkibində digər meyvə və tərəvəzlərdən daha çox likopen var.

3. İspanaq

İspanaq və digər tünd yarpaqlı göyərtilər folatla zəngindir və bədənimizdə əhval-ruhiyyəni artıran serotonin və dopamin istehsalına kömək edir. İspanaq həm də yüksək qan təzyiqini aşağı salmağa kömək edən maqneziumla zəngindir. Stressli olduqda bədən maqneziumdan məhrum qalır. Buna görə də ispanaqdan bol miqdarda istifadə bədəndə maqnezium miqdarını artırır.

4. Avokado

Avokado kalium, E, B vitaminləri və folat daxil olmaqla sağlamlıq üçün faydalı olan 20 əsas elementi özündə ehtiva edir. Avokado gün ərzində sizi tox saxlayacaq və qan şəkərini nizamlayaraq əhvalınızı sabit saxlamağa kömək edəcək.

5. Qızıl balıq

Qızıl balıq hormonları tənzimləyən və əhvalınızı yüksəltməyə kömək edən omega-3 yağ turşuları ilə zəngin qidadır. Tərkibində stresli anlarında bədəndə azalan sink də var.

6. Qara şokolad

Keyfiyyətli tünd şokolad sağlamlıq baxımından sizə dəstək olacaq maqnezium və sink ehtiva edir.

7. Qoz

Qozun tərkibində omega-3 narahat olmağınıza səbəb olan noradrenalinin azalmasına kömək edir.

8. Küncüd

Bədənin immunitet, həm də sinir sistemi üçün ehtiyac duyduğu sinklə zəngindir. Çiy, azca qızardılmış formada müxtəlif növ yeməklərə əlavə edərək yeyə və naratlıqdan uzaq ola bilərsiniz.