6 ayda 80 kiloqram arıqlamağın yolu

6 ayda 80 kiloqram arıqlamağın yolu
2429 dəfə oxunub
  • A-
  • A
  • A+

Artıq çəki bütün dünyada əsas sağlamlıq problemlərindən biridir. Ancaq qısa müddətdə çox arıqlamaq üçün tətbiq olunan sərt pəhrizlər, yanlış və az qidalanma nəinki sizi arıqlatmır, üstəlik digər sağlamlıq problemlərinin yaranmasına da səbəb olur. Arıqlamaq üçün ac qalmadan düzgün qidalanma taktikalarından istifadə etmək lazımdır.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, çəki atmaq üçün bir dəfə yemək və ya aclıq orucu saxlamaq kimi yollara baş vurmaq yanlışdır. Bu insanı arıqlatmaq əvəzinə qarın ətrafında həddindən artıq yağların yaranmasına səbəb olur. Çünki bədən hər zaman özünümüdafiə vəziyyətindədir. Bədən uzun müddət ac qaldığının fərqinə vardıqda qəbul edilən qidanı uzun müddət mühafizə etməyə başlayır. Lakin düzgün qidalanma və idmanla məşğul olmaq bir çox insanda 6 ay əzrində 80 kiloqrama yaxın çəkini atmağın mümkün olunduğunu sübut edib.

İnsanlar gərgin iş həyatında uzun müddət masa arxasında əyləşməli olur. Bu zaman vaxtında qıdalanmaq və idman etmək kimi maneələr yaranır. Oturaq işlə məşğul olan şəxslərin çoxlu şirniyyat, davamlı olaraq atışdırmaq üçün müxtəlif qidaları qəbul etməsi çəki almanı sürətləndirir. Bu səbəbdən aclıq hiss etdikdə yeyə biləcəyiniz sağlam yeməklər hazırlamağınız tövsiyə olur. Məsələn, təzə və qurudulmuş meyvələr, qoz, fındıq yeyə bilərsiniz. Bu həm də şəkərə olan təlabatınızı ödəyəcək. Ən əsası isə aclıq hiss edərkən zərərli yeməklər yemiyinizin qarşısını alacaq.

İşdə evdə hazırladığınız yeməkləri yeməyə çalışın. Çovdar çörəyi arasında pendir istənilən sifariş etdiyiniz yeməkdən daha az kalorili olacaqdır. 

Su istehlakı sağlam bir həyat üçün ən vacib şərtlərdən biridir. İdeal maye istehlakı insana görə dəyişir. Qadınlar gündə 2,5 litr, kişilər üçün 3,5 litr maye içməklə bədənin maye balansını qorumalıdır. Əlbətdə bunlar orta rəqəmlərdir və ehtiyaca görə dəyişə bilər.

Təəssüflər olsun ki, uzun iş və ya dərs saatları arasında insan su içməyi unudur. Cilddəki problemlər, baş ağrıları məhz bədəndəki su miqdarının azalmasından irəli gəlir. Bu səbəbdən telefon və ya saatınızda sizə su içməli olduğunuzu xatırladan xəbərdarlıq zəngləri qoyun. Əgər çox su içməkdə çətinlik çəkirsinizsə, suya bir az limon, çiyələk, darçın da əlavə edə bilərsiniz.