Açıq havada kino gecəsi keçiriləcək

Açıq havada kino gecəsi keçiriləcək
400 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda avqustun 2-də Kino Günü qeyd ediləcək.

Axşam.az xəbər verir ki, həmin tarixdə saat 20:00-dan 00:00-dək Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə açıq havada Kinosevərlər Gecəsi keçiriləcək.  YARAT Müasir İncəsənət Məkanının qarşısında baş tutacaq tədbirdə nüfuzlu festivallarda uğur qazanan milli filmlərin premyeraları olacaq.

Ekran işləri Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq. Proqrama "Olimpiya", "Daxildəki ada", "Axşama doğru", "Quxuroba" kimi filmlər salınıb.