COVID-19 pasportu olmayan 65 nəfər toya buraxılmadı - Fotolar

COVID-19 pasportu olmayan 65 nəfər toya buraxılmadı - Fotolar
609 dəfə oxunub
  • A-
  • A
  • A+

Samux Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Alabaşlı və Qara-arx qəsəbəsində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Axşam.az-ın "Report"a istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, hər 2 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq, karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

Bundan başqa, rayon ərazisində fəliyyət göstərən şadlıq saraylarında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 65 nəfər restorana buraxılmayıb.