Simurq quşu döyməsi ilə gündəm oldu - Fotolar

Simurq quşu döyməsi ilə gündəm oldu - Fotolar
1479 dəfə oxunub
  • A-
  • A
  • A+

Sevgilisi müğənni Cennifer Lopezlə yenidən eşq yaşamağa başladıqdan sonra gündəmdə olan Hollivud ulduzu Ben Afflek bu dəfə kürəyindəki döymə ilə diqqət çəkib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, dostları ilə tətildə olarkən paparatsilər tərəfindən çəkilən fotolarda Affektin belindəki Simurq quşu döyməsi marağa səbəb olub.

Aktyor ötən gün qatıldığı "The Ellen DeGeneres Show"da sözügedən döymədən danışaraq bəzi insanların bəyənmədiyini qeyd edib:

"Sirr kimi saxladığım bir şey deyildi, amma foto da çəkdirmirdim. Havay adalarında olarkən paparatsilərin obyektivinə tuş gəldim. Döyməni görənlər onu bəyənmir, amma mənim üçün önəmli bir şeyi təmsil edir".