Şirniyyat istəyinizi belə azaldın

Şirniyyat istəyinizi belə azaldın
1113 dəfə oxunub
  • A-
  • A
  • A+

Şirniyyat bir çox insanın imtina edə bilmədiyi ləzzətdir. Lakin çox istehsal etdikdə artıq çəkiyə, qandakı şəkər miqdarının artmasına, mədə-bağırsaq sistemində problemlərin yaranmasına səbəb olur.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, zeytun yarpağı bədənin şirniyyat tələbatını azaldır.

Zeytun yarpaqlarını çay kimi də istehlak edilə bilərsiniz. Amma qurudulmuş yarpaqların toz halında istifadə olunması daha çox tövsiyə olunur.

Zeytun yarpağı eyni zamanda bakteriya və göbələklərə qarşı da güclü təsirə malikdir. Mədə-bağırsaqdakı zərərli bakteriyaları məhv edir, bu, evdə hazırlanan qatıq, pendir, turşu və sirkə kimi qidalarda olan təbii probiyotiklərin bağırsağa yerləşməsinə imkan verir.

Tərkibi:

Qurudulmuş zeytun yarpağını toz halına gətirin.

1 qab qatıq

1 ovuc çiy badam, qoz və ya fındıq (üyüdülmüş və ya rəndədən keçirilmiş)

1 çubuq darçın

½ çay qaşığı zeytun yarpağı

Bu qarışımı axşam 4-lə 7 arası yeyin. Daha sonra aclıq hiss etsəniz sup yeməklə kifayətlənin. 5-6 gündən sonra şirniyyata qarşı istəyinizin azaldığını müşahidə edəcəksiniz. Bu qarşımdan 21 gün istifadə etdikdən sonra 1 həftə ara verin.