Prezidentdən Əziz Səncərlə bağlı sərəncam

Prezidentdən Əziz Səncərlə bağlı sərəncam
676 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev Əziz Səncər haqqında sərəncam imzalayıb.

Axşam.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Səncər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, Kimya üzrə Nobel mükafatının qalibi, Türkiyə əsilli dünyaca məşhur alim Əziz Səncərin sentyabrın 8-də 75 yaşı tamam olub.