Makiyajınızı bürcünüzə görə edin

Makiyajınızı bürcünüzə görə edin
1778 dəfə oxunub
  • A-
  • A
  • A+

Bürclərin təsirinə inansaq da, inanmasaq da ulduzların istər xarakterə, istərsə də tərzə təsiri vardır.

Axşam.az bürclərə uyğun sizi tamamlayacaq makiyaj seçimlərini təqdim edir.

Qoç

Macəraçı, özünə güvənən, qətiyyətli və enerjili olan qoç bürcünün nümayəndələri üçün isti tonlarda rənglərdən istifadə daha uyğundur. Göz makiyajında qızıl rənglər seçmək sizə daha yaxşı hiss etdirəcək. Almacıq sümüyü və burnu önə çıxartmaq üçün parladıcıdan istifadə edin. İddialı qırmızı dodaq boyası qoç bürcündən olan xanımlar üçün ideal seçimdir.

Buğa

Etibarlı, sevgidolu və praktik olan bu bürcün nümayəndələri dəbdə olan, bəzən də zamansız üslublara üstünlük verir. Eyni zamanda onlar cizgilərini vurğulayacaq makiyajlar seçməlidir. Uzun kirpiklər, baxışları önə çıxaracaq göz layneri və ya dodaq qələmi də bunlar arasındadır. Solğun rəngli dodaq boyası, torpaq tonlarında göz kölgəsi ilə makiyajınızı tamamlaya bilərsiniz.

Əkizlər

Əkizlər bürcünün xanımlarının göz makiyajında yaşıl, narıncı, qırmızı, mavi rənglərdən istifadə etməsi məqsədə uyğundur. Bu rənglərdə göz layneri də seçiminiz ola bilər. Üz cizgilərini ortaya çıxaran konturdan istifadə etməyi unutmayın. Ənliklə canlılıq və parlaqlıq əldə etmək üçün açıq çəhrayı tonlara üstünlük verin.

Xərçəng

Təbii görünüş və romantik makiyaj, fərq etməz, qırmızı çalar mütləq seçiminiz olmalıdır. Açıq tonlar, parlaq dəri, uzun kirpiklər və qırmızı dodaqlar makiyajınızın bir hissəsidir. Bundan əlavə, metal göz layneri ilə fərqli görünüşlər əldə edə bilərsiniz. Ənlik seçimində şaftalı tonlara üstünlük verməlisiniz.

Şir

Göz makiyajında uzun kirpiklər, diqqət çəkən göz layneri sizə çox yaraşacaq. Seçimilərinizin parıltılı rənglərdən yana olması bürcünüzün xarakterinə uyğundur. Dodaqlarınızda da dolğunluğu ortaya çıxartmağı unutmayın.

Qız

Qızlar makiyajda mükəmməlliyin tərəfdarıdır. Fərqli göz layneri, kəskin kontur və parladıcılar məhz sizin üçündür. Rəng seçiminiz torpaq və solğun tonlardan yana olmalıdır.

Tərəzi

Bu bürcün xanımları göz makiyajına üstünlük verməlidir. Rəngli göz qələmləri sizin üçün ideal seçimdir. Qaşlarınızı yuxarıya doğru daramağı və düzəltməyi də unutmayın. Dodaqlarınızda çəhrayı və nar çiçəyi tonlarına müraciət edin. Tünd dəriyə sahibsinizsə, açıq çəhrayı, tam əksidirsə, tünd çəhrayı rəngə yer verin.

Əqrəb

Duyğusal, qətiyyətli və güclü əqrəblər hər vəziyyətə hazır olmağınız üçün çantanızda qırmızı dodaq boyası sizə kifayət edəcək. Qara sadə göz makiyajı günlük seçiminiz ola bilər.

Oxatan

Oxatan bürcünün xanımları öz tərzlərini yaratmağa üstünlük verir. İdeal hesab etdikləri makiyajı əldə etmək üçün hər texnikanı sınaqdan keçirə bilirlər. Qəhvəyi, yaşıl, mavi çalarlar sizin üçün daha uyğundur.

Oğlaq

Oğlaqlar da oxatanlar kimi qərar verməzdən əvvəl bütün variantları sınaqdan keçirməyi sevir. Mavi, yaşıl, açıq çəhrayı sizin rənginizdir.