Vərəm xəstələri arasında yoluxma hansı səviyyədədir? - Açıqlama

Vərəm xəstələri arasında yoluxma hansı səviyyədədir? - Açıqlama
543 dəfə oxunub
  • A-
  • A
  • A+

"Koronavirusa yoluxmuş vərəm xəstələri arasında dərmanlara həssas və davamlı olanlar var".

Axşam.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

"Respublikada müştərək Vərəm/Covid-19 infeksiyalı xəstələrin müalicəsi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) nəzdində fəaliyyət göstərən Xüsusi Təhlükəli infeksiyalar şöbəsində həyata keçirilir. 2020-2021-ci illər ərzində ETAXİ-nin həmin şöbəsində Vərəm/Covid-19 koinfeksiyalı xəstələr stasionar müalicədə olub, onların arasında həm vərəmin dərmanlara həssas forması, həm də vərəmin dərmanlara davamlı forması olan xəstələr müəyyən edilib", - deyə o bildirib.