Firuzə İbadova bu evdə yaşayır - Video

Firuzə İbadova bu evdə yaşayır - Video
3489 dəfə oxunub
  • A-
  • A
  • A+

"Mənim onların qayğısına ehtiyacım var. Dilim deyir ki, Firuzə nə üçün susursan, istəyini dilə gətirib deyə bilmirsən? Utanıram, xalqımdan üzr istəyirəm. Məktublarım ünvanına gedib çatmır. İnsanların qarşısına gözəl libasda çıxıram, gülürəm. Evə gələndə isə üzülürəm. Deyirəm ki, qəlbimdəki, ruhumda olan, böyük ustadımdan aldığım sənəti bu evə necə sığdırım?".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "Günün sədası" verilişində deyib. Müğənni bildirib ki, 2 ildir qızı və nəvəsi ilə 32 kvadratmetrlik evdə yaşayır:

"40 min borcum var idi, ipoteka ilə götürmüşdüm. Pandemiya başladı borcumu verə bilmədim. İndi toy başlayıb, verəcəm. Amma mən toya baha getmirəm. Dünyamı dəyişsəm, övladım və nəvəm necə olacaq? Evə gələndə anam mənə dualar edirdi. Deyirdi çox sakit, fağırsan, bir az ürəkli ol, mən öləndən sonra sən də ölmə. Deyirdi, uşaqlar nə olacaq, onların səndən başqa ümidi yoxdur".