Koronavirusa görə planları alt-üst oldu

Koronavirusa görə planları alt-üst oldu
887 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada koronavirus səbəbindən oktyabrın 30-dan noyabrın 7-nə qədər qeyri-iş günləri elan olunub. Bu qadağa müğənnilərə də təsir edib.

Axşam.az rus mediasına istinadən xəbər verir ki, bir çoxları həmin tarixlərdə müxtəlif tədbirlər, konsertlər planlaşdırıb. Amma yeni qaydaya görə heç bir kütləvi tədbirin keçirilməsinə icazə verilmir. Konserti təxirə düşənlər sırasında Olqa Buzova, Oleq Qazmanov, Valeriy Qerqiev yer alıb.

Bir çox məşhur isə yaxın günlərdə planlaşdırılan konsertlərini təxirə salmaqdan imtina edib. Onlar heç nəyə baxmadan səhnəyə çıxacaqlarını bildiriblər.