Axşam.az xəbər verir ki, bu sözləri stilist Anar Ağakişiyev "ATV səhər"də qonaq olarkən deyib. Stilist artıq yerli yox, dünya şou-biznesinin nümayəndələri ilə işləməyə üstünlük verdiyini açıqlayıb:
"Dünya ulduzları ilə də elə insanların görünüşünü dəyişmişəm ki... Yüksək qonorar almışam, adları açıqlaya bilmərəm. Çünki müqavilə bağlayırıq ki, ad gizli qalsın. Pandemiyanı onların verdiyi qonorarla atlatdım. Adlarını çəkim, qıcıqlansınlar? Adını çəkməkdənsə, pul mənə önəmlidir".