Məşhur stilist Anar Ağakişiyevlə aparıcı Zümrüd Bədəlova arasında qalmaqal yaşanıb.
Axşam.az xəbər verir ki, Anar "Tarixin bir günü" proqramında Zümrüdlə küsülü olduqlarını açıqlayıb. O bildirib ki, aparıcı onu verilişə dəvət edib, amma daha sonra çəkiliş ləğv olunub:
"Fransada olanda Zümrüd zəng etdi ki, efirimə qonaq gəl. Sonra razılaşdım ki, gələcəm. Bletimi öz hesabıma dəyişdim, seminara qatılmadım. Gəldim, getdim çəkilişə. Zəng vurdum ki, hansı studiyadır, de. Qayıdır ki, Sevda Yahyayeva dedi, Anar Bakıda deyil. Qeyri-peşəkarlıqdır... Sonra bəlli oldu ki, bunu rəfiqəsi olan müğənninin sifarişi ilə edib. Ona yaxşı görünmək üçün edib".
Efirə zəng vuran Zümrüd məsələyə aydınlıq gətirib:
"Bu gün səhər efirimə bağlandı, adımı çəkmədən qonaqlarımla danışdı. Öz səhvimi də bilirəm, bəzi prodüserlərin peşəkar olmadığını da bilirəm. Sizi ödənişli tanınmayan qonaqlar yanına sala bilməzdim. Sevda Yahyayeva mənə dedi ki, Anar xaricdədir. Üzr də istədim".
Anar isə onun üzürünü qəbul etməyib və barışmaq istəməyib:
"Mənə prodüser yox, siz zəng etmisiz. Sizə dedim ki, Parisdəyəm, sizə görə gələcəm. Ona qədər dost idik. Kiminsə sifarişi ilə özümüz özümüzə düşmən qazanırıq. Xaricdə olaraq sizlə danışdım ki, gəlib çatacam. Məni çağıranda proqram qurulmuşdu. Mənə fərqi yoxdu, tanınmış və tanınmamış. Yanımda həmyerlim oturub. Sevda mənim prodüserimdir? Sənə mən demişəm gələcəm. Qəbul etmirəm, min dəfə üzr istəsin. Onun efirinə Sevil və Sevincə görə zəng etdim. Onun mənimlə bağlı mimikasını sonradan gördüm".
"Balamın canına and içirəm sifariş olmayıb" sözlərinə "Nə and içənlər görmüşük. Bunu uzatmağa nə gərək var?" cavabını verib.
Proqramın aparıcısı Tarix Əliyev isə Anarın nəzərdə tutduğu şəxsin müğənni Günay İbrahimli olduğunu deyib.
Qeyd edək ki, günayla Anar illərdir küsülüdür.