Eldarla Nigar 10 il sonra buna görə bir araya gəldi - Video

Eldarla Nigar 10 il sonra buna görə bir araya gəldi - Video
1593 dəfə oxunub
  • A-
  • A
  • A+

"Eurovision 2011" qalibləri Nigar Camal və Eldar Qasımov 10 ildən sonra yeni duet təqdim ediblər.

Axşam.az xəbər verir ki, onlar 1990-cı və 2000-ci illərdə hit olan mahnılardan ibarət "mash up" hazırlayıblar.

Müğənnilər Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Röya Ayxan və başqalarının vaxtilə hit olmuş mahnılarını yeni aranjımanda ifa ediblər.

Mahnı üçün kamera qarşısına keçən duet ortaqları iki gün ərzində müxtəlif obrazları canlandırıblar.

Eko Ağalarovun ekranlaşdırdığı klipin bəzi səhnələrində Nigar Merilin Monro, Eldar isə Elvis Presli obrazında olub. Ekran işində aktyor Nicat Rəhimov və şairə Zəhra Bədəlbəyli də yer alıb.